13 İyun 2014 11:10
4 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qorxmağa hazır olun!

Budur, dünyanın ən qorxulu məkanları. Teleqraf.com dünyanın müxtəlif bölgələrində bir-birindən vahiməli və sirli hadisələrin baş verdi həmin şəhərlərdən bəzilərinin görüntüsünü təqdim edir:

Aokigahara meşəsi

Bu meşəni qorxulu edən sadəcə, sıx və tükürpərdən yaşlı ağaclar deyil. Fuji dağının ətəyində yerləşən bu meşə adətən 1950-ci ildən bəri çox sayda yaponların intihar etmək üşün getdiyi yer kimi tanınır.

Yaponiyadakı Fuji dağının ətəklərini bəzəyən “Aokigahara” meşəsi planetin ən qorxunc yerləri siyahısında ikinci yerdədir. Adının mənası «yaşıl ağaclar dərəsi» olsa da, hamı buranı «intihar meşəsi» kimi tanıyır. Bu yer hətta «Blerdən olan cadugərlər» filminin çəkilişi üçün də istifadə olunub. Milli parkın sıx ağaclarının arasından demək olar ki, günəş şüası düşmür, burada kompaslar işləmir. Səbəbi isə yaxınlıqda olan dəmir mədənləridir (təbii maqnit sahəsində təhriflərə gətirir). Lakin bu meşənin planetin ən qorxunc yeri adı almasına səbəb bu sadalananlar deyil.

Aokigahara hələ əsrin ortalarında məşhurlaşmağa başlayıb. O zamanlar Böyük Aclıq Dövründə insanlar qocaları və xəstə qohumlarını bu meşəyə ölməyə qoyurdular. Bu bədbəxtlərin isə acı dolu ah-naləsi sıx meşə massividən kənara çıxmırdı. Hazırda isə yerlilərin inancına görə, həmin insanların ruhları intiqam almaq üçün tənha səyyahları gözləyirlər. Yaponlar arasında «İntihar meşəsi» kimi tanınan bu yerdə 1950-ci ildən bəri 500- dən çox insan meşənin dərinliklərinə gedərək canlarına qəsd edib. İntiharların sayına görə Aokigahara yalnız San Fransiskodakı «Qızıl Darvaza»dan geridə qalır.

Meşədə «Zibil atmayın!» xəbərdarlığı yerinə hər tərəfdə yaxınlar və doğmalar haqqında düşünmək barədə tövsiyələr olan elanlar asılıb, psixoloji xidmətlərin telefon nömrələri yazılıb, videomüşahidə aparılır. Lakin insanlar (adətən ofis həyatı sürən və iş geyimlərində olan şəxslər) ölməyə davam edir. Bu yerləri turist kimi gəzmək üçün insan möhkəm əsəblərə malik olmalıdır; Bəzən ayağının altında şaqqıldayan budağın əslində insan sümüyü olduğunu görürsən, uzaqdan qeyri-təbii ifadə ilə sənə baxan şəxsə yaxınlaşdıqda isə özünü asmış adamla rastlaşa bilərsən...

Jatinga quşların intihar yeri

Hindistanın şimalında yerləşən Jatinga kəndi adi bir yaşayış məskəninə bənzəsə də, hər il sentyabr-oktyabr ayında burada onlarla qeyri-adi hadisə baş verir. Belə ki, bu tarixdə yüzlərlə quş saat 19:00-22:00 radələrində bir-birinə toqquşaraq intihar edir.


Paris Katakombu

Buradakı yeraltındakı məzarlıqlar 17-18-ci əsrlərdə Parisdə qəbrstanlıqların dolması və çürüyən insan bədəninin içməli suyu çirkləndirməsi nəticəsində salınıb.


Candido Godoi

Cənubi Braziliyada yerləşən bu şəhər dünyanən əkiz paytaxtı kimi tanınır. Bu şəhərdə dünyaya görə 18 faiz daha çox əkiz doğuşu baş verir.


Hellingli xəstəxanası

Adını "cəhənnəm" sözündən götürülən bu xəstəxana üzun müddət ruhi xəstələrin reabilitasiyası üçün istifadə edilib. Bir neçə il bundan əvvəl isə xəstəxana tamamilə tərk edilib.


Müəllif: