13 İyun 2014 12:33
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Daxili İşlər naziri Arsen Avakov bəyan edib ki, Mariupol separatçılardan azad olunub.

Teleqraf.com xəbər verir ki, Avakov bu barədə Facebook səhifəsində yazıb. Xəbərə əsasən, separatçıların Mariupoldakı bütün əsas dayaq mərkəzləri ölkənin milli qvardiyası və silahlı qüvvələri tərəfindən nəzarətə götürülüb.

Eyni zamanda, zirehli kəşfiyyat-patrul maşını vurulub, snayper nöqtələri ləğv edilib.

DİN rəhbəri həmçinin qeyd edib ki, iki ukraynalı hərbçi yaralanıb.

“Separatçılar ağır itkilər verib”, - Avakov yazır.

Ülviyyə


Müəllif: