13 İyun 2014 16:12
5 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xoşagəlməz macəralarına görə məşhur olan siyasətçilər kimlərdir?

Teleqraf.com dünya mediasına istinadən, beynəlxalq aləmdə böyük səs-küyə, kəskin ictimai qınağa səbəb olan seks qalmaqalları araşdırıb. Ciddi faktlara söykənən müxtəlif mənbələrin öyrənilməsi nəticəsində maraqlı məqamlar ortaya çıxıb. Bəlli olub ki, son illər dünyada bir çox nüfuzlu siyasətçisinin, təcrübəli dövlət adamının siyasi karyerasına məhz belə xoşagəlməz qalmaqallar son qoyub. Xususən, ABŞ-da bu kimi qalmaqallar onlarla tanınmış dövlət xadiminin imicini ləkələyib. Onların əksəriyyəti istefa verərək, tutduqları mühüm dövlət postu ilə vidalaşmalı olublar.

2012-ci ilin 10 noyabrında bu səbəbdən prezident Barak Obama 10 noyabrda Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun istefasını qəbul edib. Orduda 37 ilə xidmət etmiş general Devid Petreusun jurnalist Pol Broduellə seks qalmaqalı onun istefası üçün səbəb olub. Belə ki, məxfi sənədlərin oğurluğunda jurnalistin mümkün iştirakının araşdırılmasının gedişatında ABŞ hüquq mühafizəçiləri MKİ-in keçmiş rəhbərinin məşuqəsinin kompüterində məxfi sənədləri aşkar ediblər. Məhz bu amil MKİ rəhbərinin karyerasını bitirən səbəblərdən biri olmuşdu.

Belə olaylara olan marağı nəzərə alaraq, Teleqraf.com son zamanlar dünya siyasətində gündəmdə olan ən məşhur seks qalmaqalların məşhur onluğunu sizə təqdim edir.

1.Soyuq müharibənin qaynar ehtirasları

Böyük Britaniyanın Mühafizəkar Partiyasından hərbi nazir Con Profyumo 1960-cı ildə tutduğu postdan 3 ol sonra istefa verməyə məcbur oldu. Buna səbəb onun üzləşdiyi gözlənilməz seks qalmaqalı, aludə olduğu böyük eşq macərası idi...

1961-ci ildə əyləncə gecələrindən birində nazir Kristina Kiler adlı gənc model xanımla görüşdü. Onların cəmi bir neçə həftə davam etmiş yaxınlığı çox ehtimal ki, heç vaxt onun siyasi karyerasına təsir etməyəcəkdi. Lakin Kristina Kilerin eyni vaxtda sovet hərbi dəniz attaşesi və kəşfiyyatçı Yevgeni İvanovla görüşməsi vəziyyəti tamam dəyişdi. Britaniyanın dövlət strukturları bu olaydan tezliklə xəbər tutdular. Hərbi nazir əvvəl baş verənləri inkar etsə də, təkzibolunmaz faktlar müqabilində istefa verməyə məcbur oldu. Seks qalmaqalı 1963-cü ilin oktyabrında istefa etmiş Britaniya baş naziri Harold Makmillanın reytinqinə ağırı zərbə vurdu. Nəticədə Mühafizəkar Partiya 1964-cü ildə seçkiləri leyboristlərə uduzdu.

2. Prezident və onun saksafonu

ABŞ prezidenti Bill Klinton və Ağ Evinin əməkdaşı Monika Levinskinin iştirakıyla yaranan seks qalmaqalı bunların sırasında ən məşhurudur. Bu qalmaqal 1998-ci ildə, onlar arasında 1995-ci ilin noyabrından 1997-ci ilin martına qədər 9 dəfə oral intim yaxınlıq yaşanması barədə informasiya yayıldıqdan sonra qopdu. Əvvəlcə Bill Klinton bildirdi ki, bu qadınla seksual əlaqələri olnayıb. Lakin artıq tezliklə etiraf etməli oldu ki, Monika ilə münasibətləri "yanlış" və prezidentə "yaraşmayan" hərəkət idi. Təqribən, eyni vaxtda Bill Klintona qarşı cinsi təcavüzlə bağlı ittihamlar irəli sürüldü. Bu dəfə onu mühüm dövlət postu tutan şəxsə yaraşmayan davranışa görə vaxtilə Arkanzasda qubernator olarkən, onunla birgə çalışmış xanım Pol Cons ittiham etdi. Prezidentə qarşı impiçment təşəbbüsü qaldırılsa da, Bill Klinton üzr və əfv diləyərək, hakimiyyətdə qalmağı bacardı və tarixə vəzifə başında olarkən, məsuliyyətə cəlb edilən üçüncü Amerika prezidenti kimi düşdü.

3. Baş prokurora oxşar insan

Postsovet məkanında isə ən məşhur belə qalmaqal 1999-cu ilin martında Rusiyada yaşanmışdı. O zaman yerli televiziyaların birində “baş prokurora oxşar şəxs”in iki naməlum qızla intim əlaqədə olduğunu göstərən videogörüntü yayımlandı. Çəkilişin keyfiyyətinin olduqca aşağı olmasına görə, həmin şəxsin baş prokuror Yuri Skuratov olduğunu sübut etmək qeyri-mümkün idi. Lakin o zaman Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə başçılıq etmiş Vladimir Putin videogörüntünün həqiqi olduğunu bildirdi. Maraqlıdır ki, o zaman Yuri Skuratov bu görüntünün ortaya çıxmasına görə məhz Bladimir Putini ittiham etmişdi. Nəticədə 2 aprel 1999-cu il tarixində prezident Boris Yeltsin qalmaqallı prokuroru vəzifədən kənarlaşdırdı. Onun istefası haqqında qəti qərar isə 19 aprel 2000-ci il tarixində qəbul edildi.

4.“Mavi” səfirin yaratdığı diplomatik qalmaqal

25 iyul 2006-cı il tarixində Minskdə Latviyanın ikinci səfirlik katibi Reymo Şmitsin mənzilinə Belarusun qanun qoruyucuları gəldilər və bir sıra videokasetləri müsadirə etdilər. Latviyanın Xarici İşlər Nazirliyi Belarusu diplomatın şəxsi toxunulmazlığı ilə bağlı Vyana konvensiyasını pozmaqda günahlandırdı. “Mavi” diplomatın video görüntüləri efirdə yayımlandıqdan sonra Reymo Şmits vətəninə qayıtdı. Tezliklə Belarus və Latviya arasında seks qalmaqalı diplomatik müstəviyə keçdi: Latviya Minskdən öz səfirini geri çağırdı, Belorusun səfirini isə “arzuolunmaz şəxs” elan etdi.

5 Seks immun çatışmamazlığı virusundan “qorunmanın” vasitəsi kimi

2005-ci ilin dekabrında CAR-ın keçmiş vitse-prezidentinə Djeykob Zuma qarşı zorlama maddəsi ilə ittiham irəli sürüldü. Buna qədər onu üçarvadlılıqda, korrupsiyada və dələduzluqda ittiham edirdilər. O, 31 yaşlı, immun çatışmamazlığı virusu xəstəsi olan xanımı Yohannesburqu öz evində zorlamaqda günahlandırılırdı. Lakin siyasətçi hər şeyin könüllü baş verdiyini deyərək, vəziyyətdən çıxmağı bacardı. Üstəlik, bəyan etdi ki, bunu əslində immun çatışmazlığından qorunmaq üçün edib, duş qəbul etməyi də unutmayıb. 8 may 2006-cı il tarixində məhkəməni aparan hakim siyasətçiyə inandı və onu günahsız elan etdi. Bundan sonra o, CAR prezidenti seçilməyi də bacardı.

6. Prezidentə yeddi il həbs cəzası

Djeykob Zumdan fərqli olaraq, İsrail prezidenti Moşe Katsavın bəxti o qədər də gətirməyib. 2006-cı ilin iyulunda keçmiş işçilərindən biri onu cinsi təcavüzdə ittiham etmişdi. O zaman Katsav bütün bu ittihamları "yalan" adlandırdı və qarşılıqlı iddiaı irəli sürdü, həmin qadını ona böhtan atmaqda ittiham etdi. Ancaq tezliklə ona qarşı bir neçə sabiq əməkdaşa seksual zorakılıq göstərməsi haqqında yeni ittihamlar meydana çıxdı, sabiq prezident bu olayları təkzib edə bilmədi. O, 2007-ci ilin iyununda – yeddiillik prezident müddətinin bitməsindən iki həftə əvvəl dövlət başçısının postundan istefaya verdi. 30 dekabr 2010-cu ildə Təl-Əviv dairə məhkəməsi sabiq prezidenti zorlamalarda və cinsi təcavüzdə günahkar tanıdı və 7 il həbsə məhkum etdi.

7. Ən pis siyasətçi ən tanınmış fahişə ilə ...

Elit fahişələrə aludəçiliyinə görə vəifəsini itirənlərdən biri də Nyu-York ştatının sabiq qubernatoru Eliot Spitserdir. 2008-ci ildəx Eliot Spitser CNN-in sorğusunda ilin ən pis siyasətçilərinin siyahısında ikinci yeri tutdu. Nyu-York The Village Voice həftəliyi onu yoldan çıxaran Eşli Dyupreni "Amerikanın ən məşhur gəzəyəni" adlandırdı. Bununla belə, iki il sonra keçmiş qubernator ictimai səhnəyə qayıtmağı və teleşounun aparıcısı olmağı bacardı.

8.Naziri bitirən 200 sms-lik sevgi mesajı

Növbəti seks qalmaqalı isə Finlandiyanın Xarici İşlər Nazirliyinin başçısı İlkke Kanervenin vəzifəsini itirməsinə səbəb oldu. 2008-ci ilin martında aydınlaşdı ki, nazir 29 yaşlı striptizçi Yoxanne Tukiaynenə initm xarakterli 200 sms göndərib. Sonradan məsələnin ictimailəşməsi, sms-lərin mediada dərc olunması nazirin karyerasını bitirdi.

9. Son dərəcə “yerinə düşən” zorlama

14 may 2011-ci il tarixində Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Stross-Kanmehmanxanasın qulluqçusu Sofitel Nafissatou Diallonu zorlanması aydın oldu. O, Nyu-Yorkda saxlandı. Payızda prokurorluq bildirdi ki, mövcud dəlillərlə cinayətin isbat edilməsi mümkün deyil. 2 oktyabr 2012-ci ildə zorlama haqqında qaldırılmış iş bağlandı. Lakin fondun rəhəbrinin işgüzarreputasiyasına ciddi ziyan dəydi.

10. Berluskoninin üzləşdiyi "Rubiqeyt" qalmaqalı

Son zamanlar İtaliyanın keçmiş baş naziri və media-maqnat Silviyo Berluskoni öz seksual sərgüzəştləriylə məşhurdur. Məsələn, o, bildirib ki, "gözəl qızları sevmək daha yaxşıdır, nəinki mavi olmaq". Berluskoninin qadınlara qarşı zəifliyi onun boşanmasına səbəb oldu, sonradan “Rubiqeyt” kimi dəyərləndirilən, onu həddi-buluğa çatmamışlarla qeyri-qanuni cinsi əlaqədə ittiham edən cinayət işinin açılmasına səbəb oldu.

Nail Cəlil


Müəllif: