13 İyun 2014 17:46

İraqda şiələrin dini liderlərindən biri Ayətullah Əli Sistani İŞİD-ə qarşı cihad elan edib.

Ayətullah Əli Sistani fətva verib ki, İraqda yaşayan şiələr ölkələrini, torpaqlaqrını terrorçulardan qorumalıdır.

“Əhli beyt düşmənləri yenə meydandadır. İş o yerə çatıb ki, terrorçular müqəddəs torpaqlarımız olan Nəcəf və Kərbəlaya hücum etmək istəyir”, - Ayətullah Əli Sistani deyib.

Dini lider bildirib ki, müqəddəs torpaqları İŞİD-dən qorumaq üçün əli silah tutan hər kəs ayağa qalxmalı, İraq ordusuna dəstək verməlidir: “İslamın zəfəri üçün birlikdə hərəkət etməliyik”.

Xatırladaq ki, İŞİD İraqın Mosul, Samirə, Diyala əyalətinin Calaula və Əs-Səudiyyə şəhərlərini ələ keçirib. Hazırda bölgədə terrorçularla İraq ordusu arasında qızğın döyüşlər gedir. Son məlumatlara görə, İŞİD paytaxt Bağdadın 60 kilometrliyinə qədər yaxınlaşıb. Terrorçular bəyan edib ki, onların hədəfində Bağdad və Kərbəla şəhərləridir./anspress/


Müəllif: