14 İyun 2014 00:16

ABŞ prezidenti Barak Obama rəsmi Vaşinqtonun İraqa qoşun yollamaq niyyətində olmadığını bildirib.

ANS PRESS-in məlumatına görə, Obama qeyd edib ki, Ağ ev qərarın qəbul olunması üçün Konqreslə məsləhətləşəcək.

"Biz qoşunları yenidən İraqa müharibəyə yollamayacağıq, amma mən təhlükəsizlik məsələləri üzrə öz köməkçilərimə bir sıra başqa ölçülər hazırlamaq və iraqlı güc strukturlarına kömək etmək üçün xahiş etdim", - deyə Obama bildirib.

Bir gün əvvəl Obama ABŞ hərbi qüvvələrinin "İraq və Şam İslam dövləti" qruplaşmasının terrorçularından İraqı qorumağa hazır olduğunu bildirmişdi.

Obama İraqın istəyi ilə ora hərbi yardım ediləcəyini qeyd etmişdi. Onun sözlərinə görə, ABŞ maraqlıdır ki, cihadın tərəfdarları İraqda müharibə meydanını açmasınlar.

Az sonra Ağ evinin rəsmi nümayəndəsi Cey Karni hərbi kömək dedikdə Obamanın aviahücümları nəzərdə tutduğunu bildirib. Öz növbəsində, dövlət katibi Con Kerri yaxın vaxtlarda İraq barəsində ABŞ-ın qərarını Obamadan gözlədiyini bildirib.


Müəllif: