14 İyun 2014 01:30
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqdakı son hadisələr Türkiyənin enerji təhlükəsizliyinə qorxulu deyil, çünki Kərkük-Ceyhan boru kəməri ilə neft ixracı hələ üç ay əvvəl dayandırılıb.

Trend "Hurriyet Daily news" qəzetinə istinadən bildirir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

"İraqdakı zorakılıq aktları ilə əlaqədar neftin tədarükü dayandırılıb", - nazir bildirib.

Qeyd edək ki, aprel ayında Kərkük-Ceyhan kəmərini terrorçular tərəfindən partlatmaq cəhdləri ilə əlaqədar İraqdan Türkiyəyə neft ixracı dayandırılıb.


Müəllif: