14 İyun 2014 15:07
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın keçmiş Baş prokuroru Viktor Pşonka və oğlu Artyom hesablarının dondurulması haqqında qərara görə Aİ-ni məhkəməyə verib.

Avropa İttifaqı Məhkəməsinin rəsmi saytında olan məlumatlara görə, bazada iki iddia qeydiyyatdan keçib: bir tərəfdə AB Şurası, digər tərəfdən isə familiyası Pşonka olan şəxs.

AB məhkəmə prosesində Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Aleksandr Yakimenko və keçmiş Daxili İşlər naziri Vitali Zaxarçenko da iştirak edəcək.


Xatırladaq ki, Avropa İttifaqı martın 6-da Ukraynada dövlət vəsaitlərinin mənimsənilməsində şübhəli şəxslərin siyahısını elan etmişdi. Bu siyahıda Viktor Yanukoviç, Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Klyuyev, 16 Ukrayna rəsmisi və iş adamlarının adı var idi./axar/


Müəllif: