14 İyun 2014 15:59
6 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdə növbəti təxribatın qarşısı alındı

Bu gün gecə Ukraynanın Prezident Administrasiyasına aid binalardan birinin girişində naməlum şəxsin partlayış törətmək cəhdinin qarşısı alınıb.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, Dövlət Mühafizə İdarəsinin əməkdaşları burada əldəqayırma partlayıcı qurğu aşkar ediblər.

Qurğu bir neçə F-1 və RQD qumbarasından, əlavə dağıdıcı vasitələrdən, mobil telefondan ibarət olub. Partlayıcı qurğunu yerləşdirən şəxs təhlükəsizlik qüvvələri tərəfindən qeydə alınsa da, partlayıcını işə sala bilməyərək, qaçmağa müvəffəq olub. Faktla bağlı güc strukturları tərəfindən araşdırma aparılır.

Nail Cəlil


Müəllif: