1 Aprel 2016 13:08
242

Fələstin prezidenti Mahmud Abbas İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşə hazırdır.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin lideri İsrailin İkinci televiziya kanalına müsahibəsində bildirib.

M.Abbas deyib ki, İsrailin baş naziri ilə istənilən vaxt görüşə hazırdır: "Mən ona bu təklifi etmişdim".

M.Abbasın bu sözləri "Jerusalem Post" qəzetində bu gün sitat kimi verilir.

İsrail jurnalistinin "Bu təklifin cavabı nə olub?" sualına cavabında isə M.Abbas deyib: "Bu sirdir. O özu sizə bu barədə danışa bilər".


Müəllif: