1 Aprel 2016 17:12

Türkiyə Silahlı Qüvvələri bu gün Şimali İraqın Zap və Metina bölgələrində PKK hədəflərini vurub. Əməliyyat zamanı hava hücumu iki hissədən ibarət olub.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Baş Qərargahının təşkilatçılığı ilə həyata keçirilən əməliyyatda F-16 və F-4 2020-lərdən ibarət 12 qırıcı təyyarə iştirak edib. Baş qərargah hədəflərin tam dəqiqliklə məhv edildiyini bildirib. Bu gün saat 8:30-09:00 saatları arasında alınan kəşfiyyat məlumatı qiymətləndirilib və nəticədə Şimali İraqdakı Zar bölgəsində PKK-ya məxsus sursat anbarı, sığınacaqlar hava hücumu zamanı məhv edilib.

Saat 10:15-11:00 radələrində isə yenə alınan kəşfiyyat məlumatı nəticəsində Şimali İraqda olan Metina bölgəsindəki PKK hədəflərinə zərbələr endirilib. Bu əməliyyatda 8 F-4 2020-lər iştirak edib və 8 hədəfi vurub.

Cavidan


Müəllif:
Загрузка...