2 Aprel 2016 10:10
672

"ABŞ pilotsuz uçuş aparatlarının Somali, Liviya və Yəməndə keçirdiyi əməliyyatlar zamanı ölənlər arasında dinc sakinlər olub".

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Vaşiqntonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində çıxış edən ABŞ prezidenti Barak Obama deyib.

Onun sözlərinə görə, amerikalı ekspertlər belə faciələrdən qaçmaq üçün ciddi işlər görür.

Çıxışı zamanı Obama İŞİD ilə mübarizə məsələsinə də toxunub. O bildirib ki, terrorçuluqla mübarizədə dünya ölkələrinin birgə fəaliyyəti vacibdir: "Bu üsulla terrorçulara qalib gəlmək mümkündür. Əgər qarşılıqlı informasiya mübadiləsi olmasa, Brüssel, Türkiyə və Pakistanda İŞİD-çilər tərəfindən törədilən terror aktları digər ölkələrdə təkrarlana bilər".

Samir


Müəllif: