2 Aprel 2016 12:05
717

Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti mərhum Turqut Özalın olduğu deyiləm tutuquşu oğurlanıb.

Qeyd edək ki, mərhum prezident tutuquşusuna “Cabbar” adı vermişdi. Lakin prezidentin vəfatından sonra tutuquşusu barədə məlumat olmayıb.

Ötən gün Antaliyada Mətin Suna adlı vətəndaş Turqut Özalın “Cabbar”ının onda olduğunu, lakin oğurlandığını bildirib. O, qeyd edib ki, işi ilə əlaqədar Ukraynaya getməli olub. Bu zaman saxlamaq üçün "Cabbar"ı qonşusuna üçün verib. Lakin sonradan qonşusu ona zəng edərək tutuquşunun oğurlandığını bildirib. Qonşu bununla əlaqədar polisə şikayət etdiyini də deyib.

Mətin Suna “Cabbar”ın tapılması üçün xüsusi dedektiv tutduğunu ifadə edərək deyib ki, "Cabbar" ona mərhum prezidenti Turqut Özalın tutuquşusu olaraq qaldığı üçün çox qiymətlidir: “Mənim həyatımın bir parçası halına gəldi. Onsuz çox darıxıram”.

Lakin Turqut Özalın məsləhətçisi olan Can Pila hələ 2007-ci ildə qeyd etmişdi ki, Özalın tutuquşusu olaraq bilinən "Cabbar" onun əlində ölüb: “Ancaq tutuquşu tacirləri "Cabbar"ın bənzərlərini "rəhmətlik Özalın tutuquşusudur" deyə satıblar”.

Cavad


Müəllif: