2 Aprel 2016 21:31
4 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-da məscid açılışındakı çıxışı zamanı azərbaycanlı jurnalistin hərəkətindən danışıb.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı həmyerlimizi türkiyəli jurnalistlərə nümunə göstərib:

“Ermənistan-Azərbaycan sərhədində atışma gedir. Az əvvəl bir azərbaycanlı jurnalist önümü kəsdi. Onun gözlərində yaş gördüm. Görəsən, bizim ölkəmizdəki medianın da gözlərində bu yaşı görə biləcəyikmi? Bizim də əsgərimiz, polisimiz ölkədə sabitliyi qorumaq üçün canlarını təhlükəyə atır. Amma baxırıq elə şeylər yazırlar ki, bunların hansı ölkədən olduqları şübhə doğurur".

Qeyd edək ki, Ərdoğanın bəhs etdiyi həmin jurnalist ANS-in Amerika bürosunun müxbiri Qənirə Ataşovadır.

Yusif


Müəllif: