15 İyun 2014 11:09

İŞİD qüvvələrinin Suriya-İraq sərhədində fəallaşıb.

Suriyanın şərqində, İraq sərhədi yaxınlığında güclü partlayış baş verib. Partlayış nəticəsində 30-a yaxın insan həyatını itirib.

Teraktın Mayadin şəhərində yerləşən silah bazarında baş verdiyi bildirilir.

İlkin məlumatlara görə partlayışın arxasdında İŞİD (İraq Şam İslam Dövləti) qruplaşmasının üzvləri durur.

İraq-Suriya sərhədində baş vermiş partlayışın İŞİD-ın daha da fəallaşmasından xəbər verir./anspress/


Müəllif: