4 Aprel 2016 01:15
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmuş zonasında hərbi əməliyyatların intensivləşməsi barədə məlumat yayan Almaniyanın “Spiegel Online” nəşri naqis üsullara əl ataraq öz oxucularının hissləri ilə oynayır, bu münaqişədə kimə rəğbət bəsləməyi onlara təlqin edir.

Nəşr auditoriyasının məlumatlı olmayan hissəsini belə məlumatlandırır, məlumatlı hissəsinə isə xatırladır ki, “xristian ermənilər” yaşayan Dağlıq Qarabağ “müsəlman Azərbaycanı” daxilində anklav kimi yerləşib (bax: http://www.spiegel.de/politik/ausland/tote-bei-kaempfen-zwischen-armenien-und-aserbaidschan-a-1085158.html ).

Azərbaycan jurnalistləri, diplomatları, ekspertləri, elm və mədəniyyət xadimləri dəfələrlə Qərbdəki həmkarlarını, xüsusən jurnalistləri diqqəti münaqişə tərəflərinin dini mənsubiyyəti üzərində cəmləşdirməməyə çağırıblar. Bu, dini deyil, dövlətlərarası münaqişədir. Mahiyyətini də bir ölkənin digərinə ərazi iddiası təşkil edir. Din keçmiş SSRİ ərazisindəki bir sıra digər münaqişələrdə heç bir rol oynamadığı kimi, bu münaqişədə də heç bir əhəmiyyət daşımır.


Müəllif: