4 Aprel 2016 01:33
355

Ukrayna prezidenti Petr Poroşenko yeni hökumət və koalisiyanın Ali Radanın birinci iş günündə formalaşmasını gözləyir.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, Poroşenko bunu yerli telekanallara müsahibəsində bildirib.

O, əks halda Ali Radanı buraxacağını bildirib:

"Vurğulamaq istəyirəm ki, Konstitusiya mənə koalisiyanın olmamasına münasibət bildirmək üçün 30 gün vaxt verir. Nəzərə çatdırıram ki, parlamentin 30 gün vaxti yoxdur. Mən parlamentə vaxt vermək niyyətində deyiləm. Ali Radanın ilk iş günü bu məsələnin həllini gözləyirəm".

Qeyd edək ki, buna qədər Poroşenko parlamentin buraxılmasının qəti əleyhinə idi.

Nihad


Müəllif: