4 Aprel 2016 13:13

"Türkiyənin Mosul şəhərində yerləşən Baş konsulluğu İŞİD terrorçularına qarşı əməliyyatlarda beynəlxalq koalisiya qırıcıları tərəfindən vurulub".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bina Türkiyə tərəfinin icazəsi ilə partladılıb. Məlumatlara görə, Türkiyənin Mosuldakı Baş konsulluğu 2014-cü ilin iyunundan İŞİD terrorçularının nəzarətindədir.

Samir


Müəllif:
Загрузка...