15 İyun 2014 17:55
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdə Rusiya ilə Ukrayna arasında keçirilən qaz danışıqları öz nəticəsini verməyib.

Bu barədə Rusiyanın "Qazprom" şirkətinin rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib.

Onun sözlərinə görə, nəticəsiz qalan danışıqların növbəti mərhələsi hələkil müəyyənləşməyib.

Kiyevdə qaz problemi ilə bağlı növbəti Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli məsləhətləşmələr keçirilib. "Qazprom" UYkrayna tərəfinin 16 iyun, Moskva vaxtı ilə saat 10:00-a qədər 1,9 milyard dollar ödəməsini istəyir. Əks halda Ukraynaya qa ötürülməsində xüsusi rejim tətbiq edəcəyi barədə xəbərdarlıq edib.

Bu həm də Ukraynadan keçməklə Avropa Birliyi ölkələrinə nəql edilən qazın azalması deməkdir.

Ukrayna son 18 ay ərzində aldığı qazın hər 1000 kub metrinə 326 dollar ödəməyə razı olsa da, Moskva son qiymətin 385 dollar olduğunu bildirir.


Müəllif: