5 Aprel 2016 16:02
4 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

"NATO Rusiyadan yarana biləcək təhlükəyə qarşı Şərqi Avropa və Baltik ölkələrində hərbi varlığını gücləndirəcək".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun Avropa Müttəfiq Qoşunları komandiri Filip Bridlav deyib.

O, Putinin hazırda güclü orduya sahibləndiyini etiraf edib: "Putin son 5 ildə orduya çox böyük vəsait qoyub. Rusiyanın raket qabiliyyəti də yüksəkdir.

NATO buna qarşı tədbirlər həyata keçirəcək. Əgər Rusiya sərhədi keçsə, qarşısında NATO-nu görəcək".

Samir


Müəllif: