5 Aprel 2016 19:52
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın Borno əyalətində Boko Haram qruplaşmasının əsir götürdüyü 275 nəfər ordunun həyata keçirdiyi əməliyyat nəticəsində azad edilib.

Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı Boko Haramın 7 üzvü öldürülüb. Bir neçə əyalət Boko Haramdan azad edilib.

"Qərbyönümlü təhsil qadağandır" mənasını daşıyan Boko Haram Afrikanın ən böyük ölkələrindən olan Nigeriyada bir neçə əraziyə nəzarət edir.

Ayxan


Müəllif: