15 İyun 2014 23:00
505

Ukrayna gələn həftə Rusiya ilə sərhədini bağlayacaq.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Ukrayna Müdafiə naziri əvəzi Mixail Koval bildirib.

"Hərbçilər sərhədçilərlə birlikdə artıq Ukrayna-Rusiya sərhədini 250 km məsafədə bağlayıb. Bir neçə gün ərzində şərq sərhədi tamamilə bağlanacaq", - Koval deyib.

"Ali Baş Komandan, Ukrayna prezidenti şərq sərhədinin bağlanması ilə bağlı konkret göstərişlər məyyən edib və biz bu məsələni tam icra edirik. Faktiki olaraq, sərhəd 250 km məsafədə bağlanıb. Bizim hərbçilər sərhədçilərlə birlikdə dövlət sərhədi yaxınlığında dayanırlar"", - Koval qeyd edib.

Fidan


Müəllif: