6 Aprel 2016 15:00
1 043

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda qoşunların təmas xəttindəki döyüşlər zamanı həyatını itirən daha 4 hərbçinin adlarını açıqlayıb.

Teleqraf.com azatutyun.am saytına istinadən xəbər verir ki, bunlar sıravi Aram Abramyan (1996), sıravi Sarqis Saakyan (1995), sıravi Narek Mkrtçyan (1996) və sıravi Rafik Akopyandır (1996).

Məlumada qeyd edilir ki, döyüşlər zamanı 29 erməni hərbçi öldürülüb, 101-i yaralanıb və 28-inin taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Samir


Müəllif: