6 Aprel 2016 16:29
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveytin İran olmadan da istehsalın dondurulması istiqamətində razılığa gəlinəcəyini açıqlaması neftin qiymətinin yüksəlməsinə səbəb olub.


Publika.az xəbər verir ki, Küveytin OPEC-dəki məsul nümayəndəsi aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək iclasda istehsalın dondurulması mövzusunda razılaşmaqdan başqa çıxış yolunun olmadığını bildirib.

Amerikan Neft İnstitutunun rəqəmlərinə görə, ABŞ-da neft ehtiyatı keçən həftə 4.3 milyon barel azalıb.

Anlitiklər isə bildirir ki, razılaşmanın əldə edilib-edilməyəcəyi naməlumdur.

Səudiyyə Ərəbistanının ikinci vəliəhd şahzadəsi isə şərhində ölkəsinin yalnız İranın və digər böyük istehsalçıların razılıq verəcəyi təqdirdə istehsalı dondurcağını bildirib.

Bundan sonra neftin fyuçə müqavilələrində qiyməti yüksəlib.


Müəllif: