6 Aprel 2016 21:55
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan kansler Angela Merkellə birgə mətbuat konfransında Yerevanın Rusiyanın Bakıya silah satmasından narazı olduğunu bəyan edib.

“Rusiya bizim strateji müttəfiqimizdir, biz bir təhlükəsizlik sisteminə daxilik (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı). Təbii ki, biz Rusiyanın və tək Rusiya yox, bu struktura üzv olan ölkələrinin Azərbaycana silah satmasını ürək ağrısı ilə qəbul edirik”, - Sarkisyan deyib.

“Yəqin siz anlayırsınız ki, bizim bu proseslərə təsir etmək imkanlarımız məhduddur”, - deyə, Sarkisyan Azərbaycanın hazırda “daha müasir silaha malik” olduğunu qeyd edib, İnterfax agentliyi xəbər verir.

Qarabağ münaqişə bölgəsində son silahlı qarşıdurmaya toxunaraq, Ermənistan prezidenti Azərbaycan tərəfinin Ermənistan a qarşı onun müttəfiqindən aldığı silahdan istifadə etdiyini deyib.


Müəllif: