7 Aprel 2016 10:59
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kilis bölgəsinə Suriya tərəfdən 2 raket atılıb.

Teleqraf.com xəbər verir ki, İŞİD terrorçularının nəzarətində olan ərazidən atılan raketin ibtidai məktəbin yaxınlığındakı evə düşməsi nəticəsində 2 dinc sakin xəsarət alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım avtomobilləri gəlib. Mərminin məktəb yaxınlığına düşməsi insanları panikaya salıb.

Yusif


Müəllif: