16 İyun 2014 11:14
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Əsəd qüvvələrinin müxalifətin nəzarətində olan ərazilərə etdiyi hücumlar nəticəsində 76 nəfər adamın öldüyü bildirilir.


Suriya İnsan Haqqları Təşkilatı (SNHR) tərəfindən verilən açıqlamada hücumun havadan və qurudan həyata keçirildiyi bildirilir. Ümumilikdə Şamda 22, Hələbdə 20, İdlibdə 12, Dərada 12, Həmada 7 və Hümsdə 3 nəfər olmaqla 76 nəfər həlak olub.


Suriya rəsmi xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, Əsəd qüvvələri ölkənin şimal-qərbindəki Ləzkiyanın Kəsəb mahalını nəzarətə götürüb, çoxsaylı silahlılar isə zərərsizləşdirilib.

Fidan


Müəllif: