7 Aprel 2016 23:09

Ermənistan Rusiya qazı üçün güzəşt əldə edib. Bunu Ermənistanın baş naziri Ovik Abramyan deyib.

Endirim hazırkı 165 dollarlıq qiymətin 9%-ini təşkil edəcək və Ermənistan üçün qazın min kubmetrinin yeni qiyməti 150 dollar təşkil edəcək.

Ovik Abramyan deyib ki, Rusiya ilə danışıqlar davam edir. Yeni qiymətin istehlakçıya təsir edib-etməyəcəyi məlum deyil.

Qeyd edək ki, Rusiya Ermənistan üçün qazın qiymətini ilk dəfə deyil endirir. 2015-ci ilin sentyabrında qazın min kubmetrinin qiyməti 189 dollardan 165 dollara endirilmişdi.

Ukrayna Rusiyadan qazı 160-170 dollara almağa hazır olduğunu bildirib.
/Musavat.com/


Müəllif:
Загрузка...