7 Aprel 2016 23:15

Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında müşahidə olunan gərginliyi müzakirə edib və durumun tezliklə normallaşdırılması üçün səylərin birləşdirilməsi barədə razılıq əldə ediblər.

Teleqraf.com RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Nazirlər Dağlıq Qarabağdakı hadisələrin son inkişafını müzakirə ediblər və münaqişə ərazisində vəziyyətin tezliklə normallaşdırılması məqsədi ilə Fransa və Rusiyanın Minsk qrupunun həmsədrləri kimi öz səylərini birləşdirməsi barədə razılığa gəliblər", — deyə qeyd olunur.


Müəllif:
Загрузка...