8 Aprel 2016 00:57
2 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya öz ərazisində Rusiyanın "Rossiya-RTR" televiziya kanalının yayımını dayandırıb.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, buna telekanalın Ukraynaya qarşı təhrikedici və nifrət dolu proqramlara yer verməsi səbəb olub.

Latviya Elektron Media Milli Şurasından (NEPLP) veerilən xəbərə görə, "Rossiya-RTR" Ukraynaya qarşı nifrət və təhrikedici proqramlara yer verərək, Avropa Komissiyasının İnformasiya haqqında Qanununu ciddi şəkildə pozub. Bu səbəbdən qurum telekanalın yayımının 6 ay müddətinə dayandırılmasına qərar verib.

Nihad


Müəllif: