16 İyun 2014 23:59
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada məşhur tele-radio aparıcı və aktyor Keysi Kasem 82 yaşında dünyasını dəyişdi.

Həyatı boyu o, çox sayda kino və televiziya layihəsində iştirak edib. Aparıcı populyar cizgi filmi “Skubi-Dunun macəraları”nda detektiv Şeqqini səsləndirib.

2003-ci ildə isə Keysi Kasem “Radio ikonası” nominasiyasında “The Radio Music Awards”ın laureatı olub.

Bildirilir ki, Kasem Levi cisimcikli demensiyadan (qazanılmış əqli zəiflik formasının bir növündən) əziyyət çəkirdi. /anspress/


Müəllif: