17 İyun 2014 00:15

Ukraynanın 49 hərbçisinin həlak olduğu İl-76 təyyarəsinə edilən hücumla bağlı araşdırma aparılır.

ANS PRESS-in məlumatına görə, Ukrayna höküməti ciddi-cəhdlə cinayətkarların axtarışına başlayıb.

Bu haqda Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi (SNBO) Andrey Parubiy mətbuata açıqlama verib.

"Prezident tapşırıq verib ki, biz o insanları tapaq. Cinayətkarlar tapıldıqdan sonra onların cəzası "çox sərt" olacaq", - deyə Andrey Parubiy bildirib.

Andrey Parubiy həmçinin qeyd edib ki, istintaq hərəkətləri başa çatdıqdan sonra, nəticələri barədə informasiya veriləcək.

Xatırladaq ki, iyunun 14-də terrorçular Ukrayna silahlı qüvvələrinin hərbi-nəqliyyat təyyarəsi olan İl-76-nı vurublar. Luqansk aeroportunda enməyə hazırlaşan təyyarədə 49 hərbçi həlak olub.


Müəllif: