17 İyun 2014 01:14
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon Avropaya B-2 stels-bombardmançı təyyarələr göndərir

İyunun 11-də CNN telekanalı məlumat verib ki, ABŞ Avropaya B-2 stels-bombardmançı təyyarələr göndərir.

ANS PRESS-in məlumatına görə, təyyarələrin Avropaya gətirilməsi onların hərbi təlimlərdə iştirakı ilə bağlıdır.

B-2 təyyarələri stes-texnologiyadan istifadə edən yeganə təyyarədir və onlar radardan yan keçə bilən “hava-torpaq” tipli ağır silahları daşıya bilirlər. Başqa sözlə, B-2 təyyarələrinin yeni “stels-versiya”sının əsas üstünlüyü preventiv (gözlənilməz) nüvə zərbəsi endirmək qabiliyyətidir. Yəni onlar hiss etdirmədən başqa ölkəyə girərək cavab atəşi imkanı vermədən onu məhv edə bilərlər.

Məhz bu xüsusiyyəti bir çox ekspertlərin Amerikanın Rusiyaya nüvə hücumu edəcəyi barədə iddialar irəli sürməsinə imkan verir.


Müəllif: