21 Aprel 2014 17:12

Britaniya mətbuatı Putinin kiçik qızının Cənubi Koreyadan olan hərbçinin oğlu ilə evlilik xəbərini təsdiq edib.

Ekaterina Putina koreyadan olan admiral Yun Cun Vonun oğlu ilə evlənib. Üç gün davam edən toy mərasimi Mərəkeşin La Mamounia otelində keçirilib. Bu barədə İngiltərənin “Got Talent” yarışmasının iştirakçısı, skripkaçı Lettis Roubotem açıqlama verib. Qeyd edək ki, toy mərasimi təxminən 2 il əvvəl baş tutub. O zaman mediada Putinin qızının evlənmə xəbəri həm onun mətbuat katibi tərəfindən, həm də bəyin özü tərəfindən təkzib edilmişdi.


Müəllif: