17 İyun 2014 13:30
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terrorçular Bakubanı ələ keçirdi

Qısa müddət ərzində İraqın bir neçə vilayətini ələ keçirmiş "İraq və Şam İslam Dövləti" qruplaşması bu gün Bağdaddan 60 kilometr şimalda yerləşən Bakuba şəhərinə daxil olub.

Teleqraf.com-un bbc.co.uk saytına istinadən verdiyi məlumata görə, hökumət qoşunları hazırda ölkənin şimalında bir neçə gün əvvəl terrorçuların ələ keçirdiyi Tal-Afar şəhərini azad etmək uğrunda döyüşlər aparır. Fəllucə ətrafında isə qiyamçılar hökumət qüvvələrinin bir hərbi vertolyotunu və bir neçə tankı sıradan çıxarıblar.

ABŞ artıq öz diplomatik korpusunu İraqdan qismən təxliyə edib. Eyni zamanda, İraqa hökumət qüvvələrinə yardım etmək üçün daha 275 Amerika hərbçisi göndərilib.

İran körfəzində isə artıq Amerika təyyarə daşıyıcısı və iki hərbi gəmi yerləşdirilib. Ağ Evin nümayəndəsinin sözlərinə görə, ABŞ quru qoşunlarını İraqa yeritmək niyyətində deyil.

Nail Cəlil


Müəllif: