17 İyun 2014 14:04
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sərkisyan iyunun 18-19-da Gürcüstana rəsmi səfərə gedəcək.

Bu barədə Gürcüstan Prezident Administrasiyasından məlumat verilib.

Məlumatda qeyd olunub ki, iyunun 18-də Prezident Sarayında Sərkisyanın rəsmi qarşılanma mərasimi olacaq.


Georgi Marqvelaşvili və Serj Sərkisyanın təkbətək görüşündən sonra prezidentlər mətbuata birgə açıqlama verəcəklər.


Sərkisyanın Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşü də nəzərdə tutulur./axar/


Müəllif: