17 İyun 2014 19:37
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağdad Səudiyyə Ərəbistanını ittiham etdi

Rəsmi Bağdad bu gün İraqda vəziyyətin kəskinləşməsinə, İŞİD qruplaşmasının ölkənin bir hissəsində nəzarəti ələ almasına görə, Ər-Riyadı günahlandırıb. Teleqraf.com-un RİAnovosti-yə istinadən verdiyi məlumata görə, İraq hökuməti Səudiyyə Ərəbistanını "terror qruplaşmalarına maliyyə və mənəvi dəstəyi" səbəbindən ittiham edib, İraqda əhalinin terrorçular tərəfindən kütləvi şəkildə qətlə yetirilməsinin məsuliyyətinin Səudiyyə krallığının üzərinə düşdüyünü bildirib.

Bununla yanaşı, Bağdad Səudiyyə krallığına tövsiyə edib ki, diqqəti öz ölkəsinin daxili problemləri üzərində cəmləşdirsin, krallıqda ayrı-seçkiliyin olmamasına səy göstərsin. Xatırladaq ki, bir gün öncə Səudiyyə Ərəbistanı İraqın şiə baş naziri Nuri əl-Malikini ölkənin sünni əhalisinə qarşı hazırkı fəlakətə səbəb olan yanlış siyasət aparmaqda ittiham etmiş və böhrandan çıxmaq üçün təcili olaraq, ölkədə bütün tərəfləri, qüvvələri birləşdirən milli etimad hökumətinin yaradılmasını təklif etmişdi.

Nail Cəlil


Müəllif: