17 İyun 2014 23:01
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Vəziristan əyalətində məhv edilən terrorçuların sayı 200-ü keçib

Pakistan ordusunun bu gün Şimali Vəziristanda davam etdirdiyi "Zarb-e Əzab" əməliyyatı çərçivəsində daha 25 talibançı məhv edilib.Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, Şimali Veziristanın Hasoxel bölgəsində talibançıların təlim düşərgələri də daxil olmaqla, 8 sığınacağa hava hücumu təşkil edilib.

Hökimət qüvvələrinin hücumları nəticəsində aralarında xarici vətəndaşların da olduğu talibançılar qrupu zərərsizləşdirilib. Əməliyyatın planlı şəkildə həyata keçirildiyi, talibançıların təsir dairəsində Miralı, Miranşah kimi rayonları əhatə etidiyi bildirilir.

Pakistanın Şimali Vəziristan əyalətindəki Taliban düşərgələrinin ləğvinə yönəlmiş və hazırda davam etdirilən əməliyyat nəticəsində öldürülən terrorçuların sayı artıq 200-ü keçib.

Nail Cəlil


Müəllif: