18 İyun 2014 01:33
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna vaxti ilə 19.20-də (21.20) antiterror əməliyyatları bölgəsində atəşkəs elan edilib.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, tərəflər ölən və yaralananların döyüş meydanından çıxarılması məqsədi ilə atəşkəsə razılaşıblar.

Xəbərə görə, atəşkəs barədə Qorlovkada İqor Bezlerin rəhbərlik etdiyi separatçıların əsirliyində olan Vasili Budik bildirib.

"Kiyev vaxtı ilə 19.20-dən antiterror əməliyyatları bölgəsində atəşkəs barədə razılaşma qüvvəyə minib. Luqansk və Donetsk vilayətlərində bütün cəbhə boyu ölən və yaralananların çıxarılmasına imkan yaradılıb", - o, öz Facebook səhifəsində yazıb.

Fidan


Müəllif: