18 İyun 2014 02:35
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko Almaniyanın kansleri Angela Merkellə telefon daşığında bəyan edib ki, Ukraynanın dövlət sərhədlərinə nəzarəti gücləndirməsi üçün ABŞ və Avropa Birliyinin yardımına ehtiyacı var. Musavat.com xəbər verir ki, məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

“Ukrayna öz tərəfindən üzərinə götürdüyü öhdəliklərə sadiq qalacaq”, - Poroşenko deyib.

Angela Merkel isə sülh planının reallaşdırılması addımlarına dəstəyini ifadə edib.

Merkel və Poroşenko Ukrayna ilə Avropa Birliyi arasında sazişin iqtisadi hissəsinin iyunun 27-nə planlaşdırılan imzalanması məsələsini də müzakirə ediblər.


Müəllif: