18 İyun 2014 11:10
388

Rusiya prezidenti Vladimir Putin futbol üzrə dünya çempionatının final oyunu zamanı Braziliyaya səfər edəcək.

Teleqraf.com bildirir ki, Putin dünya çempionatının keçirilmə hüququnun Rusiyaya təhvil verilməsi ilə bağlı təşkil ediləcək mərasimdə iştirak edəcək.

Çempionatın final oyunu iyulun 12-də Rio-de-Janeyro şəhərindəki “Marakanф” stadionunda keçiriləcək. Mərasimdə Putindən başqa Braziliya prezidenti Dilma Rusef, DÇ-2018-ə hazıqlıq üzrə Komitənin üzvləri və oyunların keçiriməsi nəzərdə tutulan Rusiya şəhərlərinin nümayəndələri iştirak edəcək.

DÇ-2018-in oyunları Rusiyanın 11 şəhərində keçiriləcək. Turnirdə 5 milyondan çox azarkeşin iştirak edəcəyi gözlənilir. /anspress/


Müəllif: