18 İyun 2014 12:43
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putinlə Poroşenko razılığa gəldi

Ukrayna prezidenti Petro Poroşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında Ukraynanın şərqindəki vəziyyətlə bağlı növbəti telefon danışığı baş tutub.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, prezidentlər Donetsk və Luqansk vilayətlərində vəziyyətin normallaşdırılması ilə bağlı Poroşenkonun sülh planını müzakirə ediblər.

Dövlət başçıları atəşin davamlı şəkildə dayandırılması üçün görülməsi vacib ilkin tədbirlərin detallarını və vəziyyətin effektli şəkildə monitorinqi yollarını müzakirə ediblər. Poroşenko rusiyalı həmkarını separatçılar tərəfindən saxlanılmış, girov götürülmüş bütün jurnalistlərin və fəalların azad edilməsi üçün təsir göstərməyə çağırıb.

Nail Cəlil


Müəllif: