2 May 2016 00:56
1 333

Hindistanın Telenqana ştatının Medak vilayətində faciəli hadisə baş verib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, elektrik naqili qırılaraq yük avtomobilinin üzərinə düşüb. Hadisə bazar günü, 20 nəfərdən artıq adam Nizamabad şəhərindən toydan qayıdarkən baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır.

Nihad


Müəllif: