2 May 2016 23:52
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

1992-ci ildə Dağlıq Qarabağda gedən döyüşlər zamanı itkin düşmüş Ermənistan ordusunun əsgəri Robert Mxtiryanın anası Svetlana Sarkisyan erməni KİV-lərinə müraciət edərək, İrəvan hakimiyyətinə etirazını bildirib.

Teleqraf.com epress.am saytına istinadən xəbər verir ki, Svetlana oğlunun itkin düşməsi ilə əlaqədar ona kəsilən pensiyanın verilməsinin dayandırıldığını bildirib:

"1997-ci ildə Ermənistan Müdafiə Nazirliyi oğlumun itkin düşməsi ilə bağlı mənə sənəd təqdim etdi. 2001-ci ildən pensiyanı almağa başladım. 2014-cü ildə mənə verilən sənədin saxta olması iddiası irəli sürüldü və pensiyanı dayandırdılar. Məhkəməyə müraciət edib, müsbət cavab aldım. Ancaq pensiyanı bərpa etmədilər. Bundan sonra hazırki müdafiə naziri Seyran Ohanyana məktub yazdım. Cavabında isə "Sarkisyan ailəsinin bu pensiyanı almağa haqqı yoxdur" yazdılar".

Samir


Müəllif: