Antiterror əməliyyatlarında pilotsuz təyyarələrdən istifadə edilir
Bu gün Pakistanın Şimali Vəziristan əyalətində pilotsuz təyyarə vasitəsiylə təşkil edilən hücumda 6 terrorçu öldürülüb.
Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, Şimali Vəziristanın Miranşah bölgəsindəki Dargah Mandi qəsəbəsində talibançıların cəmləşdiyi ehtimal edilə bir evə pilotsuz təyyarədən 6 mərmi atılıb. Nəticədə talibançılar xeyli itki veriblər.
Xatırladaq ki, Pakistan ordusu əvvəllər keçirilən antiterror əməliyyatlarında da pilotsuz təyyarələrdən fəal şəkildə istifadə edib. Belə ki, ötən həftə Şimali Vəziristanın Qulam Xan və Dande Darpakel qəsəbələrində pilotsuz təyyarələr vasitəsilə təşkil edilən hücumlarda 16 yaraqlı həyatını itirib.
Nail Cəlil