18 İyun 2014 15:43
4 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Saratov vilayətində 15 yaşlı məktəbli qızın qrup şəklində zorlanması hadisəsi baş verib.

Teleqraf.com-un newsru.com-a istinadən verdiyi məlumata görə, baş verən xoşagəlməz olayda Rusiya ordusunda müqavilə ilə xidmət edən hərbçinin də iştirakçı olduğu müəyyənləşib. Hərbçinin Saratov rayonuna məzuniyyətə, anasını görməyə gəldiyi bildirilir.

Ötən bazar günü seksual zorakılığa məruz qalan 15 yaşlı qızın yazılı şikayət ərizəsi bununla bağlı istintaqın başlanması üçün əsas olub. Məktəbli qız şikayət ərizəsində Dubki qəsəbəsində 4 kişi tərəfindən zorlandığını bildirib.

İlkin məlumatlara görə, iyunun 14-də, hadisə baş verən günü 21 yaşlı Saratov sakini qızı 22 yaşlı tanışının evinə dəvət edib. Sonra evə 20, 21 yaşlarında daha 2 gənc də gəlib. Onlar məktəbli qızı ayrılıqda 4 şəxsin hər biri ilə intim əlaqədə olmağa vadar ediblər. Araşdırma nəticəsində müəyyənləşib ki, pedofillərdən ən böyüyü Rusiya ordusunun hərbi qulluqçusudur.

Ayın 17-də isə daha dəhşətli zorlama olayları Petrovsk şəhərində baş verib. Burada 7-8 yaşlarında 2 qız 31 yaşlı şəxs tərəfindən qaraj massivində seksual zorakılığa məruz qalıb.

Nail Cəlil


Müəllif: