5 May 2016 00:12
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya NATO-ya qarşı üç hərbi birlik yaradır. Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya müdafiə naziri Sergey Şoyqu NATO-un Rusiya sərhədlərinə yaxınlaşmasından dolayı üç yeni hərbi birləşmə yaradacaqlarını bildirib.

"NATO-un Rusiyaya yaxınlaşmasına qarşı yeni tədbirlər görürük. İlin sonuna qədər iki Qərb, biri Şimal bölgəsində olmaq üzrə üç yeni birlik təsis edəcəyik", deyə Şoyqu bildirib.

Rusiya mətbuatı yazır ki, yeni birliklər Rostov, Smolensk və Voronej şəhərlərində yerləşdiriləcək. Birliklərin hər birində azı 10 min əsgər olacaq.

Ayxan


Müəllif: