5 May 2016 15:48
1 088

Türkiyə Baş naziri Əhməd Davudoğlu mətbuat konfrası keçirib.

Teleqraf.com xəbər verir ki, konfrasnda Davudoğlu istefası ilə bağlı qərarını açıqlayıb.

Onun sözlərinə görə, mayın 22-də istefa verəcək: "Konqresdə namizəd olmayacam. Ədalət və İnkişaf partiyasının millət vəkili olaraq, siyasi fəaliyyətimi davam etdirəcəyəm".

Davudoğlu istefa səbəbini açıqlayıb: "Bu qərarı partiya daxilində parçalanmalara səbəb olmamaq üçün verdim. Mən heç kimə bu məsələdə spekulyasiya etməyə imkan verməyəcəyəm. Ərdoğanın qüruru mənim qürurum, ailəsinin şərəfi mənim şərəfimdir. Heç kim mənim dilimdən Ərdoğana qarşı fikir eşitməyəcək".

Samir


Müəllif: