5 May 2016 16:57
2 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Əhməd Davudoğlunun baş nazir postundan ayrılacağını açıqladığı mətbuat konfransında, ona bağlı şəxslər göz yaşlarını saxlaya bilməyib.

Teleqraf.com xəbər verir ki, Baş nazir istefasını mayın 22-də gerçəkləşdirəcəyini dediyi anlarda onun katibi Kərim Özkull və Konya millət vəkili Mustafa Baloğlu göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, Əhməd Davudoğlunun istefasını və AKP-nin mayın 22-də qurultaya gedəcəyini dediyi mətbuat konfransında izdiham yaşanıb, hətta bəzi deputat və nazirlər ayaqüstə durmalı olub. Lakin buna baxmayaraq baş nazirin çıxışı zamanı Kərim Özkull və Konyadan seçilən deputat Mustafa Baloğlunun göz yaşları diqqətdən qaçmayıb.

Cavad


Müəllif: