6 May 2016 16:46
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) yeni qurulacaq Türkiyə hökumətindən miqrant və viza razılaşmasını baş çatdırmağı gözləyir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, belə bir bəyanatla AB-nin Türkiyə üzrə nümayəndəliyinin rəhbəri Hansjorg Haber mətbuat konfrasında çıxış edib.

O, Davudoğlu hökumətiylə sıx əməkdaşlıq şəraitində işlədiklərini vurğulayıb: "Davudoğlu hökumətiylə gözəl işbirliyimiz vardı, miqrant razılaşması onun hökumətinin təşəbbüsü idi".

Almaniya da Əhməd Davudoğlunun vəzifədən getməsinə baxmayaraq, Türkiyənin AB ilə razılaşmaya sadiq qalmağa çağırıb.

Qeyd edək ki, Əhməd Davudoğlunun AB ilə danışıqları Rəcəb Tayyib Ərdoğansız aparması onun istefa səbəblərindən biri kimi göstərilir.

Mahir


Müəllif: