7 May 2016 23:23
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz ək-Səud neft naziri Əli əl-Naimini istefaya göndərib. APA-nın “Arab News”a istinadən verdiyi xəbərə görə, kral Əli əl-Naimini məhkəmə məsələləri üzrə müşavir postuna təyin edib.


Məlumata görə, neft naziri postuna əvvəl səhiyyə naziri olmuş Halid əl-Faleh təyin edilib.


Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz əl-Səud ölkənin bir neçə nazirliklərində dəyişikliklər aparıb. Bəzi nazirliklər ləğv olunub, bir neçə yeni nazirlik yaradılıb, bir neçəsi isə birləşdirilib.


Müəllif: